"
next
Read Book ƏMİRƏL-MÖ’MİNİN ƏLİ İBN ƏBUTALİB ƏLEYHİSSƏLAMIN HƏYATI
Book Index
Book Information


Favoured:
0

Download Book


Visit Home Page Book

ƏMİRƏL-MÖ’MİNİN ƏLİ İBN ƏBUTALİB ƏLEYHİSSƏLAMIN HƏYATI

Kitab haqqında

Kitabın adı:Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati

Müəllif:Mehdi Pişvayi

Naşir:

Çap tarixi:2005-10-01

Səhifələrin sayı:31

Çap növbəsi:Birinci

Tirajı:3000

səh:1

Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat

*Əli (əleyhissəlam) Peyğəmbər (səlləllahu əleyhi və alih) qucağında

* İlk müsəlman olmuş şəxs

* Böyük bir şücaət

* Peyğəmbərin (səlləllahu əleyhi və alih) xüsusi nümayəndəsi

* İki əsas yol ayrıcı

* Üç cəbhədə mübarizə

Həzrət Əli (əleyhissəlam) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kə’bə evində dünyaya göz açmışdır.(1) Atası Əbutalib(2), anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili ramazan ayının iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədir.

Həzrət Əli əleyhissəlamin həyatinin bölmələri

Həzrət Əli əleyhissəlamın be’sətdən (Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçilməzdən) on il qabaq dünyaya gəlməsini, İslami hadisələrdə Peyğəmbərlə (səlləllahu əleyhi və alih) çiyin-çiyinə olmasını və o Həzrətin vəfatından sonra otuz il yaşamasını nəzərə almaqla onun (Həzrət Əlinin) altımış üç illik mübarək ömrünü aşağıdakı beş hissəyə bölmək olar:

1)–Təvəllüddən Peyğəmbərin (səlləllahu əleyhi və alih) be’sətinə qədər;

2)–Be’sətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) Mədinəyə hicrətinədək;

3)–Hicrətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatınadək;


1- [1] Mürucuz-zəhəb (Məs`udi), 21965, 2, səh. 349; Təzkirətül-xəvas, səh. 10; Nurul-əbsar... (Mö`min Şəblənci) səh. 76.
2- [2] Əli (ə)-ın atasının adının İmran və kunyəsinin Əbu Talib olması və ya müstəsna olaraq adının elə kunyəsi olması yaxud, onun Əbdümənaf olması barədə nəzər müxtəlifliyi vardır. Şiə alimləri arasında “rical” katiblərindən olan Cəmaləddin Əhməd ibn Ənbə (təv. 828 hicri) üçüncü nəzəri səhih hesab etmişdir. (“Ümdətüt-talib fi mənaqibi Ali Əbi Talib”, səh. 20-21)
1 to 32